Yuxarı

Sürücülük hüququ olmadan avtobus sürdü: həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülük hüququ olmadan avtobus sürdü: həbs edildi

Sürücülük vəsiqəsi olmadığı halda avtobus idarə edərək sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxs DİN-in Baş DYP İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən ifşa edilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Axar.az-a verilən məlumata görə, “Ford” markalı, 02-BF-563 dövlət qeydiyyat nişanlı avtobusu sərnişin daşımaqla idarə edən Vaqif Alışov bölüyün əməkdaşları tərəfindən saxlanılıb sənədləri yoxlanılarkən onun ümumiyyətlə nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb.

Vaqif Alışov əməlindən peşman olduğunu bildirsə də, araşdırma zamanı onun analoji qanun pozuntusuna yol verdiyi üçün əvvəllər də inzibati məsuliyyətə cəlb edildiyi məlum olub.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən Vaqif Alışov barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs edilib.

Tarix
2022.06.29 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla