Yuxarı

Həsən Həsənovun deputata məktubu tapıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həsən Həsənovun deputata məktubu tapıldı - Foto

Kəlbəcərdə öldürülən Həsən Həsənovun Qənirə Paşayevaya çatmayan məktubu üzə çıxıb.

Axar.az xəbər verir ki, bu barədə Modern.az saytına H.Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

N.Həsənov qeyd edib ki, məktubu mərhum qardaşına məxsus avtomobili təmizləyərkən tapıb:

"Rəhmətlik qardaşımın şəxsi avtomobilini təmizləyərkən onun deputat Qənirə Paşayevaya ünvanladığı qaralama məktubunu tapmışam. Həsən həmin məktubda torpaqlarımızın işğalına, neçə-neçə girov və əsirlərimizin erməni əsarətində qalmağına, dədə-baba qəbirlərinin dağıdılmasına dözə bilmədiyini və Qarabağa gedəcəyini yazıb. Məktubu yazmaqla deputatdan ona ən azından mənəvi dayaq durmasını istəyib".

Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına - Kəlbəcərin Şaplar kəndinə gedərkən Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunub. Ermənilərin qurduğu "məhkmə qərarı" ilə D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Tarix
2015.09.25 / 12:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla