Yuxarı

“Kontakt”ın “Ad Günü festivalı” və böyük endirim başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik mağazadan ölkənin ən böyük riteyl şəbəkələrindən birinə çevrilən “Kontakt” sevginizlə bir yaş daha böyüdü. İllərdir müştərilərin evinə sevinc daşıyan, onlara büdcəsinə və istəyinə uyğun məhsul əldə etməkdə dost əlini uzadan şəbəkə sabahdan ad gününə özəl 50%-dək endirim festivalına start verir.

10 mindən çox məhsulun endirimlə təklif ediləcəyi kampaniya avqustun 20-dək davam edəcək. Üstəlik, “Kontakt” müştərilərinə endirimli qiyməti yerindəcə düz 3 aya bölməyə və ya 24 ayadək faizsiz taksit şərtlərindən yararlanmağa şərait yaradır.

Sərfəli təkliflər tək nağd yox, həm də kreditlə alışda üzünüzü güldürəcək. İndi axtardığınız hər şeyi tək ünvanda tapıb son model smartfonlara ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyası, ev tekstilinə 18, yüzlərlə çeşiddə sərgilənən mebellərə isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, ən önəmlisi isə komissiyasız şərtlərlə sahib ola bilərsiniz. Hətta Apple məhsullarını 12 ay faizsiz şərtlərlə əldə etməyiniz mümkün olacaq.

“Kontakt” kampaniya günlərində böyüklərlə bərabər mağazalarının balaca ziyarətçilərini də ürəkdən sevindirəcək. Belə ki,

* 12 avqust Ukrayna Dairəsi və Bakıxanov stansiyası;

* 13 avqust Sumqayıt 10-cu mkrQuba;

* 14 avqust Gəncə Grand Qafqaz Mingəçevir;

* 20 avqust isə LənkəranZaqatala mağazalarında faceart ustaları və animatorlar tədbirə əyləncə qatacaq. Eyni zamanda mağazaya gələn balacalara şarlar da hədiyyə olunacaq.

İndi isə gəlin cəlbedici kampaniya təkliflərindən bir qisminə nəzər salaq:

* 55” (140 sm) ekran diaqonallı, smart funksiyalı Toshiba televizorunu nağd alışda 1700 yox, endirimlə cəmi 899 manata;

* 30 m2 təsir sahəsinə malik, split sistemli, ən çox satılan modellərdən biri olan Hoffmann kondisionerini 730 deyil, endirimlə sadəcə 499 manata;

Kreditlə isə:

* 6 GB operativ, 128 GB daxili yaddaş tutumu olan Xiaomi Note 11 smartfonunu ayda cəmi 46 manata;

* İki nəfərlik Dnepr yataq dəstini isə ayda yalnız 53 manat ödəməklə ala bilərsiniz.

Qeyd edək ki, “Kontakt” ən yaxşı qiymətə 120% zəmanət verir. Belə ki, şəbəkədə gördüyünüz istənilən məhsulu digər rəsmi şəbəkələrdə daha ucuz tapsanız, “Kontakt”dan qiymət fərqinin 120%-i qədər endirim eldə edəcəksiniz. Hətta məhsul aldıqdan sonra kampaniyadan xəbərdar olsanız, 14 gün ərzində qiymət fərqinə 120% endirim ala bilərsiniz. Kampaniya həm nağd, həm hiss-hissə, həm də taksit kartları ilə alınan bütün məhsullara şamil edilir.

Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edə, həmçinin şəbəkənin sosial media hesablarına yazaraq suallarınızı ünvanlaya bilərsiniz. Müasir texnologiyanın sevindirən ünvanı olan “Kontakt” sabahdan hamını avqustun 20-dək “Böyük ad günü festivalı”na qoşulmağa dəvət edir!

Tarix
2022.08.11 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla