Yuxarı

Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli formalarının satışa çıxarılacağı vaxt açıqlandı

Yeni dərs ilinin başlanmasına təxminən bir aylıq müddət qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşır. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.

Axar.az xəbər verir ki, Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov Report-a açıqlamasında hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlərin yekunlaşmaq üzrə olduğunu deyib.

Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. E.Əzimov bildirib ki, Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək) və (mavi polo, boz şalvar, ətək) tikilir. O qeyd edib ki, formalar hazırlandıqdan sonra anbarlara yığılır:

"Tikilən geyimlərin sayı hələ ki, məlum deyil. Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür. Qiymətlərə gəlincə isə, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq. Artıq valideynlər müraciət edir. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı paytaxtda fəaliyyət göstərən "Bravo" supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq".

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;

Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;

Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;

Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Tarix
2022.08.12 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla