Yuxarı

“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi

“Nar” Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılğı ilə Şamaxıda baş tutan və 250-yə yaxın Azərbaycan Könüllüsünün iştirak etdiyi “Yay Fest 2022” düşərgəsinə qatılıb. Artıq üçüncü dəfədir həyata keçirilən festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.

Axar.az xəbər verir ki, “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Özəl sektorlarda könüllülük fəaliyyətinin dəstəklənməsi” mövzusunda panel görüşdə iştirak edib. Düşərgənin 4-cü günündə baş tutan interaktiv görüş çərçivəsində "Nar"ın AKTİ ilə əməkdaşlığına əsasən könüllülər üçün yaradılmış fürsətlər barədə ətraflı məlumat verilib, iştirakçıların təklif və sualları dinlənilib.

Qeyd edək ki, gənclərin təhsil və kariyera inkişafını hər zaman dəstəkləyən “Nar” bir müddətdir ki, AKTİ ilə memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuzdur.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2022.08.12 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

Epşteyn kimdir ki, onunla görüşüm? - Məmmədyarov

Ukraynaya növbəti humanitar yardım göndərildi - Foto

Bakı, Ankara və İrəvanın enerji sistemləri... - Xudatyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla