Yuxarı

Bunud-Həzrə avtomobil yolu yenidən quruldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunud-Həzrə avtomobil yolu yenidən quruldu - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qəbələ rayonunda uzunluğu 5,5 km olan yerli əhəmiyyətli Bunud-Həzrə avtomobil yolunun yenidən qurulmasını yekunlaşdırıb.

Agentlikdən Axar.az-a verilən məlumata görə, torpaq və çınqıl örtüklü avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol örtüyündə əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu.

Sadalanan qüsurların aradan qaldırılması üçünIV texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

“İnşaat Norma və Qaydaları”na uyğun aparılan işlər çərçivəsində yolboyu yararsız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikilməsi həyata keçirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra lazımi hündürlükdə optimal qum-qırmadaş qarışığından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanı və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Anoloji yenidənqurma işləri Qəbələ rayonu ərazisində Zarağan-Aydınqışlaq (3.8 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10.5km) və Şamlı-Tola (6,3 km) avtomobil yollarında da davam edir. Hazırda Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı yolunda asfaltlanma işləri davam edir.

Beləliklə ümumi uzunluğu 26 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən bu yolların yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq.

Tarix
2022.08.18 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla