Yuxarı

“Nikosayağı” niyə qol transplantasiyası etdirməyib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nikosayağı” niyə qol transplantasiyası etdirməyib?

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşlarım üçün çəkirəm. Son vaxtlar mənə çoxsaylı mesajlar gəlir. Bildirilir ki, xaricdə iki qolunu itirmiş bir gəncə əməliyyat zamanı iki qol transplantasiya edilib. Bununla bağlı Türkiyəyə getdim və araşdırma apardım.

Dünyanın heç bir yerində bir qolun transplantasiyası həyata keçirilmir, yalnız iki qolun köçürülməsi mümkündür. Türkiyədə belə əməliyyatlar yalnız öz vətəndaşlarına tətbiq olunur və ölkədə bu prosedur dövlət tərəfindən ödənişsiz həyata keçirilir. Həmçinin hər bir ölkə öz vətəndaşlarına orqan köçürməsi edə bilər.

Transplantasiya həyata keçirildikdən sonra insan ömürboyu hormonal bir dərmanlardan istifadə etməlidir. Bu dərmanlar immun sisteminin fəaliyyətini zəiflədir. Çünki transplantasiya olunmuş orqanı orqanizm yad toxuma kimi qəbul edə və onu rədd edə bilər. Bu səbəbdən immun sisteminin reaksiyasının qarşısını almaq üçün tətbiq olunur.

Belə dərmanlardan istifadə edən insanların immun sistemi zəiflədiyindən infeksiyalara qarşı daha həssas olurlar. Barmaq kəsilsə, əlin biləkdən amputasiyasına gətirib çıxara bilər. Sağlam insan qrip olanda 5 gün evdə isti çay içib, özünə qulluq edib düzələ bilirsə, bu hormonal dərmanı qəbul edənlər qrip olsalar belə, xəstəxanada uzunmüddətli müalicə olunmalıdır.

Qısa şəkildə demək istəyirəm ki, bədənə hər hansı bir üzvün transplantasiya edilməsi qətiyyən məsləhətli bir şey deyil.

Allah hər birimizi var eləsin. Allah qazilərimizə və bütün xəstələrimizə şəfa versin”, - o bildirib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub.

Tarix
2026.09.07 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla