Yuxarı

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov "Pozan" layihəsinə müsahibəsində deyib.

O, universitetlərdə müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin MİQ imtahanına hazırlanması ilə bağlı problemlərin olduğunu bildirib:

“Məsələn, indi MİQ imtahanı keçirilir. Dövlət İmtahan Komissiyası bu şəxsə müəllimlik ixtisası üzrə diplom verir, sonra həmin şəxs gedib yenidən MİQ imtahanı verir. Elə MİQ imtahanını da burada keçirin. Amma tələbəni də MİQ-ə hazırlayın da. MİQ-də verilən sualların heç birindən tələbənin xəbəri yoxdur.

Mən dördüncü kurs tələbələri ilə görüşmüşəm. Deyirlər ki, ya özəl məktəblərə gedəcəyik, çünki orada MİQ imtahanı yoxdur, ya da başqa sahəyə. MİQ imtahanından da ona görə keçə bilmirlər ki, həmin sualları öyrənməyiblər”.

M.Mərdanov BDU-nun tədris planında dəyişiklik etmək üçün artıq 6 aydır çalışdığını, lakin bu istiqamətdə müəyyən çətinliklərin olduğunu bildirib:

“Mən təhsil sahəsində cəmiyyətdə müəyyən qədər sözü keçən adamlardan biriyəm. Lazım olsa, nazirlə də, müavinləri ilə də, rektorlarla da danışa bilərəm. Mən hələ 6 aydır bizim universitetdə tədris planında dəyişiklik istiqamətində çalışıram, hələlik onu həll edə bilməmişəm.Bilirsiniz, niyə edə bilmirəm? Çünki mənə deyirlər ki, Misir müəllim, bax, burada bu müəllimlər bu dərsi keçir. Sən dediyin olsa, o müəllimlər nə olacaq?. Sən onların çörəklərinə bais olacaqsan.

Ancaq mən çalışıram ki, o müəllimlərə az ziyan olmaqla ən azı həmin dəyişikliyi edim. Məsələn, orta məktəbdə riyaziyyat müəllimi olacaq adam bilmir ki, riyaziyyatın tədrisi metodikası nədir. Bu gedib necə müəllim olacaq? Çox ciddi problemlər var”.

Tarix
2026.09.07 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla