Axar.az
Yuxarı

Axar.Az Logo

Abşeronda silsilə tədbirlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Abdullayev Vüsal Şakir oğlunun əvvəllər yaşadığı evinə gedərək ailəsini ziyarət edib.

Axar.az xəbər verir ki, şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımız xalqın sevimlisinə çevrilib və onlar heç bir zaman unudulmayacaqdır. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı onların ailələrinin qayğıları və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da daimi olaraq davam etdiriləcəyini qeyd edib.

Şəhid ailəsinin yaşadığı evin şəritsizliyi və təmirsizliyi nəzərə alınaraq mənzildə əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.

Şəhidin ailə üzvləri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və qayğısını hiss etdiklərini deyərək Ali Baş Komandana və hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən Salahov Nicat Fikrət oğlunun anadan olmasının 22-ci ildönümü qeyd edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Anım tədbiri Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində davam etdirilib.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova qeyd edib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Abşeron rayonunda da vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Rayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Qəhrəmanları Tanıtma İçtimai Birliyinin Abşeron nümayəndəliyinin sədri Tərlan Mahmudov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

Sonda Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin yetirmələrinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunub.

Tarix
2022.09.26 / 10:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Oğuzda...

İlham Əliyev və xanımı Şəkidə...

AQTA bu məhsullarla bağlı xəbərdarlıq etdi

Məktəblilərimiz payız turnirində uğurla çıxış etdi

Natavan Bayramova işdən çıxdı

Narkotikin təsiri altında olan sürcü saxlanıldı - Video

Bakıda bu avtobusun son dayanacağı dəyişdirildi

Dekabrda Bakıya qar yağacaq? - Açıqlama

AQTA-ya yeni mətbuat katibi təyin edildi

Qadın sürücü mağazaya "maşınla girdi" - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla