Yuxarı

Şəhidimizlə bağlı arayışa aydınlıq gətirildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidimizlə bağlı arayışa aydınlıq gətirildi - Rəsmi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovla bağlı sosial şəbəkələrdə yayılan arayışa aydınlıq gətirib.

Axar.az xəbər verir ki, agentliyin mətbuat katibi Murad Haşımov qeyd edilən sənədin “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon arayış forması olduğunu deyib.

"Göründüyü kimi bu arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.

Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Qanunvericilikdə bu güzəştlərdən şəhidin:

- həyat yoldaşı;

- valideynləri;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;

- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;

- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik", - o vurğulayıb.

Tarix
2022.09.29 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla