Yuxarı

Şabranda brusellyoz yayılıb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şabranda brusellyoz yayılıb? - Açıqlama

Şabranda heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə yayılması ilə bağlı deyilənlər təsdiqini tapmayıb.

Bu barədə Axar.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.

9 ay ərzində Şabranda saxlanılan 13688 baş iribuynuzlu heyvandan, 2 min baş ana qoyundan, 1680 baş qoçdan brusellyoz xəstəliyinə görə diaqnostik məqsədlə qan alınıb.

Aparılan seroloji müayinə nəticəsində ayrı-ayrı vaxtlarda və ayrı-ayrı təsərrüfatlarda 7 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu heyvanın qanı müsbət reaksiya verib. Qalan heyvanlarda isə xəstəliyin törədicisinə təsadüf edilməyib.

Şabranda xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinə qarşı "Rev-1" ştampının göz-damcı üsulu ilə 10 min başa yaxın heyvanda profilaktik məqsədlə peyvəndləmə tədbiri aparılıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.

Tarix
2015.10.14 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla