Yuxarı

"Bakcell"in dəstəyilə "Xəzəri qoruyaq!" kampaniyası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakcell"in dəstəyilə "Xəzəri qoruyaq!" kampaniyası

Bakcell şirkətinin də tərəfdaşı olduğu “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyasının yekun aksiyası keçirilib. On ildən çoxdur təşkil olunan kampaniya bu il daha geniş miqyasda həyata keçirilib və ilk dəfə bütün Xəzər sahili rayonları əhatə edib.

Axar.az xəbər verir ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.

Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik Kampaniyası “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” və “Carlsberg Azerbaijan” şirkətlərinin tərəfdaşlığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ASAN Xidmətin, "ASAN Könüllüləri" Təşkilatının dəstəyi və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə həyata keçirilib. Aksiyanın təşkilatçılığında bir çox digər təşkilat, idarə və şirkətlər iştirak edib.

Sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklərdə təşkil olunan təmizlik aksiyalarında 1500 könüllü 10 hektar ərazini 5 ton tullantıdan təmizləyib.

Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq!" şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.

Bakcell şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi Bakcell ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.

Tarix
2022.10.07 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla