Yuxarı

20 Yanvar faciəsi: qan yaddaşımız - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar faciəsi: qan yaddaşımız - Video

Qara Yanvar və ya 20 Yanvar faciəsi — 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgə, Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxıb dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirib.

Tarix
2014.01.20 / 00:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

Son 80 ildə Azərbaycan qədər... - İlham Əliyev

İlham Əliyevdən Xocalı ilə bağlı paylaşım

Prezident Xocalıda Xanabadı ziyarət etdi

Evi 10 minlik elektrik borcu ilə tərk edən köçkün danışdı

Tolikə yüksək vəzifə verildi

Terror təşkilatları ilə əlaqəli dəstənin məhkəməsi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla