Yuxarı

Qarabağda hökmdar kurqanı məhv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən bu gün Mədəniyyət Komitəsi adından çox önəmli bir abidə - Sultanbud kurqanı ətrafında yaranmış narahatlıqlar barədə danışmaq və müxtəlif ziyalıların, təşkilatların çağırışlarını səsləndirmək istəyirəm.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin iclasında deyib.

O bildirib ki, Ağdamın tanınmış ziyalılarından Vüqar Tofiqli Mədəniyyət Komitəsi olaraq Azərbaycanın ən qədim abidələrindən olan Sultanbud kurqanı ətrafında yaranan narahatlıqlarla bağlı bizim də dəstək göstərməmizi xahiş edib:

“Bunun əsasında Azərbaycan Milli Elmlər Akademiyasına yazdığımız müraciətə AMEA-nın prezidenti vəzifələrini icra edən hörmətli akademik Arif Həşimovdan gələn cavabı sizlərə təqdim etmək istəyirəm. Cavabda deyilir: “Sizin Ağdam rayonu ərazısındə yerləşən qədim tariximizin, maddi- mədəni irs nümayəndələrimizin daşıyıcısı olan Sultanbud kurqanı ətrafında gedən tikinti işləri ilə əlaqədar müraciət məktubunuza Azərbaycan Milli Elmlər Akademiyasında müvafiq qaydada baxılmışdır. Sultanbud kurqanı ilə bağlı həyəcan təbilinizi haqlı hesab edir, hər bir vətəndaşın vəzifəsindən, məqamından asılı olmayaraq, tarixi maddi-mədəni irsimizin qorunması istiqamətində bir olmağa səsləyirik. Məlumat üçün bildiririk ki, Sultanbud kurqanına AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru Abbas Seyidov və institutun Tunc dövrü arxeologiya şöbəsinin müdiri, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov tərəfindən ilkin baxış keçirilmişdir və bununla bağlı arayışı sizə təqdim edirik”. Arayışda isə deyilir ki, Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində yerləşən Sultanbud kurqanının indiki durumu ilə bağlı indtitutun baş direktorunun tapşırığı ilə Qarabağ Arxeoloji Ekspedisiyasının rəisi olaraq bunları bildiririk: “Respublika deyil, dünya əhəmiyyətli, dağıntıya məruz qalana qədər Cənubi Qafqazın analoqu olmayan ən möhtəşəm kurqanı Sultanbud kurqanının hündürlüyü 40 metrə, diametri 200 metrə qədər olmuşdur. Çox güman ki, kurqanda Qarabağın ilkin sinifli cəmiyyəti dövrü (e.ə II minillik) hökmdarı dəfn edilmişdir. Çox təəssüf ki, bizim dəfələrlə etirazlarımıza baxmayaraq, yerli təşkilatlar tərəfindən kurqanın səthində və ətəklərində müxtəlif xarakterli tikinti işləri aparılmışdır. Bu haqda elmi hesabatlarda geniş şəkildə məlumatlar da yer almışdır, etirazlar səsləndirilmişdir. Beləliklə kurqanın ümumi görünüşünə əsaslı xələl gətirilmişdir.

Bildirim ki, Mədəniyyət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası ilə, Mədəniyyət Nazirliyi, nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin də mövqeyi eynidir ki, yerli təşkilatlar tərəfindən burada gedən sonrakı bütün tikinti, abadlıq, ağacəkmə və s. işlər dayandırılmalıdır və burada böyük bir araşdırmalar aparılmalıdır. Çünki bu Cənubi Qafqazın ən önəmli abidələrindən biri olmaqla bərabər, Azərbaycan tarixi baxımından da ən önəmli tarixi abidələrdən biridir. Ona görə biz buradan bütün qurumların – Mədəniyyət Komitəsinin, AMEA-nın, Mədəniyyət Nazirliyinin müraciətlərini səsləndirərək, yerli qurumlardab bu işləri dayandırmağı, hökumətimizi isə araşdırmalar üçün vəsait ayrılmasını, Azərbaycan tarixi üçün də, dünya tarixi üçün də böyük əhəmiyyətə malik bu önəmli abidə ilə bağlı işlərin sürətləndirilməsini xahiş edirik”.

Tarix
2022.10.11 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla