Yuxarı

Allahşükür Paşazadə Nizami Mərkəzini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Allahşükür Paşazadə Nizami Mərkəzini ziyarət etdi

Qafqaz Müsəlmanlarının Şeyxi, Şeyxülislam Allahşükür Paşazadə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə səfər edib.

Mərkəzdən Axar.az-a verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində baş tutan görüşdə Şeyx Həzrətləri ilk öncə Mərkəzin nəzdində yığılan və İslam dininə və Nizami Gəncəvi irsinə aid nadir nüsxələr, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə tanış olmuşdur. Mərkəz dünyanın ən büyük kitabxanası olan Misirin İskəndəriyyə Kitabxanası, Metropolitan, Topkapı Sarayı, Viktoriya və Albert kimi məşhur müzeylərdən əldə etdiyi Nizami Gəncəvinin Xəmsəsinə aid qədim əlyazmalar Şeyxülislamın diqqətinə təqdim etmişdir.

Görüş zamanı Şeyx Həzrətləri Şeyx Nizami irsinin, onun şeiriyyatının, aydın məntiq və şüurunun əlçatmaz olduğunu qeyd etmiş və onların bəşəriyyətin dünyanın mənəvi inkişafında mühüm rol oynadığını bildirmiştir.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, “Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təmsil edən siyasi və içtimai şəxslərin siyasi və ictimai sahədən alimlərin, siyasətçilərin və dünya liderlərindən ibarət olması Mərkəzin gördüyü işləri daha da qiymətli edir. Vurğulamaq istərdim ki, Azərbaycanın 30 illik əsarətdən sonra torpaqlarımızın azad olunması uğrunda verdiyi mübarizədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri bütün dünyaya haqq səsimizin çatdırılmasında mühüm rol oynadı.”

Görüşdə iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş-katibi Mərkəzin fəaliyyəti barədə qonaqları məlumatlandırıb. Belə ki, Mərkəzin dünyadaki çağırışları müzkirə etmək və onların həlli yollarını araşdırmaq məqsədi ilə dövrümüzün ən görkəmli adamlarını və nüfuzlu ekspertlərini bir araya toplamaqla tərəfdaşlıq etdiyi növbəti BMT-nin Sivilizasiyalar Alyansının Mərakeşdə keçirəcəyi 9-cu Qlobal Forumu barədə Şeyxülislam Allahşükür Paşazadə ilə fikir mübadiləsi aparılmışdır.

O cümlədən, Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Nizaminin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Şeyxə təqdim edilmişdir.

Tarix
2022.11.11 / 22:04
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla