Yuxarı

Müharibə ilə bağlı imtahana suallar salınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə ilə bağlı imtahana suallar salınır

Dövlət İmtahan Mərkəzi Vətən müharibəsi, iqtisadi rayonların yeni bölgüsü və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na aid materialları təqdim edib.

DİM-dən Axar.az-a verilən məlumata görə, hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar istifadədə olan dərsliklərdən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dair bilgilər almayıblar.

Qeyd olunub ki, 2023-cü ildə II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında tarix fənnindən Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsinə) və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dair istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi) və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война) и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”

Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.

Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.

Hazırda ümumtəhsil müəssisələrinin 11-ci siniflərində təhsil alanlar respublikanın iqtisadi rayonlarının yeni bölgüsü ilə bağlı istifadədə olan dərsliklərdən bilgilər almadıqlarından, onlara dair II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında coğrafiya fənnindən istifadəsi nəzərdə tutulan tapşırıqlar aşağıda göstərilmiş material əsasında tərtib ediləcək:

Azərbaycan Respublikasının iqtisadi rayonları və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Экономические районы Азербайджанской Республики и “I Государственная программа о Великом возвращении на освобожденные от оккупации территории Азербайджанской Республики”

Materiallar həm də 2023-cü ildə “Abituriyent” jurnalının 2-ci sayında dərc ediləcək.

Tarix
2022.11.30 / 17:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana neft məhsulları yola salınır

İlham Əliyev Qətər əmirini təbrik etdi

Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi

Əli Kərimlidən yeni xəbər

Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!

Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı

Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Ordumuzun məhv etdiyi erməni hərbçilərin ailələrindən tələb

Ölkədə bu qurumlar birləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla