Yuxarı

İqor Babuşkin Abşeron İH-də görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və onun rəhbərlik etdiyi nümayəndə heyəti 6-8 dekabr tarixlərdə Azərbaycan Respublikasında rəsmi səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətində görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdən əvvəl nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. Dünya şöhrətli müğənni, xalq artisti Müslüm Maqomayevin də xatirəsi anılaraq abidəsi önünə çiçəklər düzülüb. Daha sonra iştirakçılar Bakı şəhərindəki İkinci Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan “Qardaşlıq məzarlığı” əbədi xatirə kompleksini ziyarət edib və xatirələrini ehtiramla yad ediblər.

RİH-nin binasında baş tutan işgüzar görüşdə Abdin Fərzəliyev qonaqları Xırdalan şəhərində növbəti dəfə salamlamaqdan məmnunluğunu ifadə edərək Abşeron rayonu ilə Həştərxan vilayəti arasında sıx əməkdaşlığın olduğunu bildirib. Abdin Fərzəliyev Abşeron rayonu haqqında ətraflı məlumat verib, rayonun kənd təsərrüfatı, iqtisadi və sənaye, o cümlədən turizm potensialından danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bütün respublikada olduğu kimi Abşeron rayonunda da sənaye və kənd təsərrüfatının dinamik inkişaf etdiyi, yeni iş yerlərinin açıldığı, yaşıl enerjiyə xüsusi diqqət yetirildiyi qeyd edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirən Abdin Fərzəliyev Həştərxan şəhərində də Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, Ümummilli liderin əziz xatirəsinə göstərilən ehtiram və diqqətə görə minnətdarlığını ifadə edib.

Yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən qubernator İqor Babuşkin Abşeron rayonu ilə Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulamış, iqtisadi əlaqələrin ildən ilə artdığını, onun daha da inkişaf etdirilməsi istiqamətində yeni imkanların mövcudluğunu vurğulayıb. İqor Babuşkin həmçinin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda abidəsinin ziyarət ediləcəyi, o cümlədən Ümummilli lider Heydər Əliyev adına orta məktəbdə və Azərbaycan İş Mərkəzində anım tədbirlərinin keçiriləcəyini bildirib.

Sonra Xırdalan şəhərindəki Abşeron Mədəniyyət Evində Həştərxan vilatyətinin tanınmış incəsənət nümayəndələri tərəfindən konsert verilib.

Bundan əlavə Həştərxan İş Mərkəzində Həştərxan vilayətində və Abşeron rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı sahəsi üzrə sahibkarlıq subyektlərinin iştirakı ilə “Həştərxan vilayəti-Abşeron rayonu: yeni əməkdaşlıq imkanları” mövzusunda aqrosənaye konfransı keçirilib.

Tarix
2022.12.09 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla