Yuxarı

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Azərbaycanı hədələmək əvəzinə əməkdaşlıq etməliyik.

Axar.az "Azad İran"a istinadla xəbər verir ki, bu sözləri İranın ali rəhbərinin hərbi baş müşaviri Yəhya Rəhim Səfəvinin oğlu, professor Həmzə Səfəvi deyib.

O, Ermənistanın cənubundan keçəcək nəqliyyat marşrutunun İran üçün iqtisadi risklər yarada biləcəyini qeyd edib.

Onun sözlərinə görə, bu marşrut İranı regional nəqliyyat layihələrindən kənarda qoya və xüsusilə sərhədyanı bölgələrin iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Səfəvi hesab edir ki, Tehran Azərbaycanla münasibətlərdə təhdid ritorikasından imtina etməli, əvəzində İran ərazisindən keçən alternativ marşrutları - o cümlədən Araz dəhlizini - Bakı üçün daha cəlbedici etməlidir.

"İran Azərbaycana göstərməlidir ki, ona təhdid deyil. Biz qohum xalqıq və tarixi yaxınlığımız heç kimlə bu qədər ola bilməz. Bunu hər iki xalq və dövlət üçün faydaya çevirmək lazımdır", - deyə o bildirib.

O, Azərbaycan-İsrail münasibətlərinin əsasən Bakının təhlükəsizlik və hərbi-texniki ehtiyaclarından irəli gəldiyini söyləyib və vurğulayıb ki, İranın təzyiq və təhdid siyasəti Azərbaycanı daha çox İsrail və Türkiyə ilə əməkdaşlığa sövq edir.

Professor Türkiyənin Cənubi Qafqazdakı artan rolunun hərbi ritorika ilə deyil, Ankara və Bakı ilə üçtərəfli iqtisadi və enerji layihələrinin inkişaf etdirilməsi yolu ilə balanslaşdırılmasının daha məqsədəuyğun olduğunu bildirib.

Həmzə Səfəvi, habelə, İran daxilində azərbaycanlılarla bağlı məsələlərdə repressiv yanaşmanın əvəzinə sosial-iqtisadi islahatların vacibliyini vurğulayıb və İranın Türk Dövlətləri Təşkilatı ilə mədəni, siyasi və iqtisadi əməkdaşlığı genişləndirməsinin ölkənin maraqlarına uyğun olacağını qeyd edib.

Tarix
2026.08.05 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla