Yuxarı

“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”ı şişirtməyə ehtiyac yoxdur - Milevski

Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artyom Milevski UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə fikirlərini bölüşüb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 41 yaşlı futbol adamı ölkəsinin sport.ua saytına müsahibəsində “Dinamo”nun hazırkı oyunundan narazılığını bildirib.

“Dinamo” artıq avrokuboklarda 4 oyun keçirib. Doğrusu,mən heç bir fərq görmürəm. Ponomarenko (hücumçu Matvey Ponomarenko - red.) öz aləmindədir, komanda da öz aləmində. Belə olmaz. Bütün problemlər də buradan başlayır. Hücum etmirsənsə, oyuna da nəzarət edə bilmirsən. Daim müdafiə olunur, daim əziyyət çəkirsən.

İstər “Universitatya”, istərsə də PAOK-la oyun olsun, eyni mənzərədir. Heç nə dəyişmir. Mən futbolçuların istəmədiyini demirəm. Düşünürəm ki, çalışırlar. Amma meydanda bunu görmək olmur”, – deyə Milevski bildirib.

Ukrayna millisinin sabiq oyunçusu “Qarabağ”ı PAOK-dan güclü hesab etmədiyini də vurğulayıb:

“Qarabağ”ın PAOK-dan güclü komanda olduğunu deməzdim. Təcrübələri var, buna söz yoxdur. Amma şişirtməyə də ehtiyac yoxdur. Bolqarıstanın SSKA klubu ilə iki oyunda bir qol da vura bilmədilər və penaltilər seriyasından sonra mübarizəni dayandırdılar. Bu da nəyisə göstərir”.

Milevski əsas diqqətinin “Dinamo”nun oyununa yönəldiyini deyib:

“Mənə artıq ‘Qarabağ’dan çox “Dinamo”nun necə oynayacağı maraqlıdır. Nəhayət, necə oynamaq istədiyini bilən normal “Dinamo” görmək istəyirəm. Hücum xətti özünü göstərməlidir, müdafiə də daha diqqətli olmalıdır. Ümid edirəm ki, futbolçular özləri üçün motivasiya tapacaqlar”.

Qeyd edək ki, "Dinamo" ilə "Qarabağ" arasında ilk matçı avqustun 6-da Polşada, cavab oyunu avqustun 13-də keçiriləcək.

Tarix
2026.08.05 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla