Yuxarı

"Real"ın çəkiliş qrupu İŞİD-in işğal etdiyi ərazidə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Real"ın çəkiliş qrupu İŞİD-in işğal etdiyi ərazidə - Video

REAL televiziyası 50 ildir müharibə gedən və hələ də İŞİD terror qruplaşmasının qalıqları olan İraqda sənədli film çəkib.

Axar.az xəbər verir ki, qeyri-sabit siyasi şəraitində olan İraq haqqında sənədli film ərsəyə gətirməkdə məqsəd bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir.

Eyni zamanda İraqın sərhəd qonşusu İranın o ərazilərdə törətdiyi təxribatları, 1980-1988-ci ildə baş verən İraq-İran müharibəsində iraq xalqının başına gətirilən soyqırımı aktını gündəmə gətirməkdir. Həmçinin sənədli filmdə iraq şiəliyinin modeli izləyicələrə təqdim olunacaq.

Real TV-nin çəkiliş heyəti İraqın bir çox ərazilərində olub, İraqda yaşayan müxtəlif xalqların son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. "Real" komandası İŞİD terror qruplaşmasının işğal etdiyi İraqın təhlükəli ərazilərinə də səfər edib. İŞİD-in hərbi bazasında çəkilişlər edib və hətta indiyə qədər keçilməyən minalı ərazilərə daxil olaraq yerində görüntüləri lenta almağı bacarıb. Filmdə həmin hissələr də yer alır.

Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu əsrlər boyu İraqda yaşayan türkman qardaşlarımızla görüşüb və onların başına gətirələn dəhşətli hekayələri dinləyib. Eksklüziv müsahibələr sənədli filmdə yayımlanacaq.

Filmin adı “Əbədi burulğan” seçilməsi də təsadüfü deyil, illərdir burulğanlara sinə gələn ölkənin əzminə işarədir.

Filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru Rahim Mustafayev, montaj rejissoru Qafar Məhərrəmov, redaktoru isə Səbinə Ağayevadır. Film tezliklə Real TV-də yayımlanacaq.

Tarix
2023.01.24 / 17:03
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla