Yuxarı

Bakıda marketdə saxta spirtli içkilər aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda marketdə saxta spirtli içkilər aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda fəaliyyət göstərən marketdə saxta spirtli içkilər aşkarlayıb.

Bu barədə Axar.az-a AQTA-dan bildirilib.

Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi 33 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rzayev Daşqın Sabir oğluna məxsus “025” marketdə Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı aşkar saxtalaşdırma əlamətləri olan, qida təhlükəsizliyi sertifikatı və üzərində Azərbaycan dilində etiket məlumatları olmayan ümumilikdə 16 ədəd − 2 ədəd 1 litrlik “Chivas Regal” əmtəə nişanlı viski, 2 ədəd 0.5 litrlik və 1 ədəd 1 litrlik “Absolut” əmtəə nişanlı vodka, 11 ədəd 0.5 litrlik “Organik Line” əmtəə nişanlı − spirtli içki aşkar edilib.

Belə ki, içkilərin bir qismində qablaşdırılmada istifadə olunan falqanın və aksiz markanın kustar üsulla sonradan yapışdırıldığı, qaimə və qida təhlükəsizliyinə dair rəsmi sənədlərinin mövcud olmadığı müəyyən edilib. Müayinələrin aparılması məqsədilə sözügedən məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Aşkar olunmuş alkaqollu içkilərin satışı dayandırılıb və möhürlənərək dövriyyədən çıxardılıb. Araşdırmalar davam etdirilir.

Tarix
2023.01.31 / 18:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla