Yuxarı

Bu küçələrdə yol hərəkətinin təşkili dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu küçələrdə yol hərəkətinin təşkili dəyişdi

Bakıda Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub, svetofor obyektləri vasitəsilə nizamlanan yolayrıcı təşkil edilib. Həyata keçirilən dəyişiklikdən sonra tunel istiqamətindən gələrək Heydər Əliyev prospekti və Ulduz metrostansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri kəsişmədən sağa, Volodarski küçəsinə dönərək yeni inşa olunan geriyə dönmə yerinə yönəlməlidirlər.

Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri isə Xəlili Rza Ulutürk küçəsinə daxil olmaq üçün tunelin üzərindəki geriyə dönmə yerindən istifadə edə bilərlər. Layihə çərçivəsində bütün istiqamətlər üzrə nizamlanan eynisəviyyəli piyada keçidləri də təşkil edilib ki, nəticədə piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb.

"Qeyd edilənləri nəzərə alaraq, hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına və yeni təşkil edilmiş yol nişanlarının, nişanlanma xətlərinin tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilir.

Tarix
2023.02.03 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla