Milli Məclisin üzvü Tovuzun Əlibəyli kəndində son
vaxtlar baş verən atışmalara, eləcə də, ötən aşam yerli qadın
sakinin düşmən gülləsi ilə yaralanmasına münasibət
bildirib.
Millət vəkili "Facebook"da yazıb:
Bu gün doğulduğum və millət vəkili olduğum Tovuz rayonunda
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozaraq 38 yaşlı Hüseynova
Ruhiyyə Əhməd qızını yaralayıblar. Görünən odur ki, Ermənistan hələ
də sivil, silahsız, dinc insanlara qarşı insanlıqdan kənar, vəhşi
cinayətlərindən əl çəkmək niyyətində deyillər. Silahsız, sivil
insanları, qadınları, uşaqları atəşə tutaraq öldürmək, ailələri
gözüyaşlı qoymaq kimi insanlıqdan kənar əməllərindən və çirkli
xislətdən əl çəkmək niyyətində deyil təssüf ki Ermənistan. 2 gündür
Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq sivil, dinc insanları
hədəfə alırlar. Bir az öncə də yenə atəşkəsi pozublar. Amma Tovuz
rayonu istiqamətində ön cəbhəmizi qoruyan hərbiçilərimiz onların
bütün təxribati əməllərinə layiqli cavab vermək gücündədir və
verirlər.
Bir az əvvəl ön cəbhədə yerləşən Əlibəyli kəndimizin sakini olan
Ruhiyyə bacımızla danışdım. Qəlpələr hər iki ayağını və diz
qapağını ciddi zədələyib. Yaşadıqlarının şokundan yavaş-yavaş özünə
gəlməyə başlayır. Keçmiş olsun diləklərimizi çatdırdım.Allah onu
əzizlərinə və sevənlərinə bağışlayıb və ailəni gözyaşlı qoymayıb və
Ermənistan Silahlı Qüvvələrinin insanlıqdan kənar arzularını
gözündə qoyub. Həkimlərlə də danışdım. Ruhiyyə bacımızın tezliklə
sağlamlığına tam qovuşa bilməsi üçün əllərindən gələni edəcəklərini
bildirdilər. İnşallah qıza zamanda sağlamlığına tez qovuşar.
İnşallah dinc insanlara bu cür acılar yaşadan və torpaqlarımızı
işğal edərək 1 milyon insanımızın evinə dönməsinə imkan verməyən
Ermənistan layiqli cəzasını alar. Mütləq alacaq şəxsən mən buna
əminəm. Amma onlara daha da ağır cəza Yaradanın verəcəyi cəza
olavaq ki bunu da artıq görürük. Bir özləri görə bilmirlər amma
görəcəklər. Günahsız insanların qanı və ahı yerdə qala bilməz və
qalmayacaq inşallah. Ruhiyyə bacımıza bir daha keçmiş oldun və
Allah onu hər zaman qorusun. Bütün ön cəbhədə yaşayan insanlarımızı
da! ATƏT-in Minck qrupu həmsədrlərindən isə inanmıram ki, bir səs
çıxsın. Onlar heç zaman işğalçı Ermənistanda ciddi təzyiqlər
etmədilər. Etsəydilər bu gün Ruhiyyə bacımız kimi insanlar belə
acılar yaşamazdılar.
Amma inşallah biz özümüz bir dövlət və millət olaraq
torraqlarımızı işğaldan azad edəcəyik və bu istiqamətdə hamımız
birlik, bərabərlik içində daha da çox çalışmalıyıq.Ön cəbhəmizi
qoruyan bütün hərbiçilərimizi, əsgərlərimizi dualarınızda
unutmayın. Rəbbim onları qorusun! ("Musavat.com")