Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi bu tələbləri qoya bilər. Amma unutmaq olmaz ki, toyun
yaxşı keçməsi üçün üç əsas şərt var: yaxşı qulluq, yaxşı yemək və
yaxşı musiqi.
Bu sözləri Axar.az-a "Xan bağı" şadlıq sarayının administratoru
Namiq Fərzəliyev deyib.
Onun sözlərinə görə, toyda musiqinin aşağı səslə olması
arzuolunan bir tələb deyil. N.Fərzəliyev qeyd edib ki, musiqinin
hansı səviyyədə səsləndirilməsi haqda toy sahibi seçim edir:
"Musiqinin səs yüksəkliyi toy sahibinin zövqünə uyğun seçilir.
Təbii ki, toy yüksək səslə olmalıdır. Unutmaq lazım deyil ki,
bu, gənclərin, cavanların toyudur. Gənclər isə yüksək səsli musiqi
arzusunda olur.
Buna görə də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi qonaqların istəyinə hədd qoya bilməz".
"Viktoriya" şadlıq sarayının baş meneceri Sahib Əsgərov da
qərarın mümkün iş olmadığı fikrindədir: "Hətta 5 belə qərar olsun,
yenə şadlıq evlərində musiqinin səsi yüksək olacaq. Çünki bu,
birbaşa toy sahibinin qərarıdır".
"Monte Kristo" şadlıq sarayının rəhbərliyi də sözügedən tələbin
toy sahibinin etirazına səbəb olacağını hesab edir:
"Bütün toy sahibləri musiqiçiləri özü dəvət edir. Musiqini
azaltmaq imkanımız olmur. Əgər bunu edəriksə, toy sahibinin
etirazına səbəb olar. Heç biz də, yüksək səsli musiqinin tərəfdarı
deyilik", - deyə şadlıq evinin baş meneceri İqbal Alıyev
bildirib.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsindən verilən məlumata görə, şadlıq evlərində musiqi
çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək
olmamalıdır.