11:01
Mart ayının 18-dən Azərbaycan Dəmir Yolları QSC-nin Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır.
Axar.az xəbər verir ki, sürət qatarının reysləri həftə sonları təşkil olunacaq.
Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq.
Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.
***
Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin martın 18-dən etibarən həyata keçirəcəyi Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımaları ilə bağlı biletlər 4 mart tarixindən etibarən satışa çıxarılacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.
Bildirilib ki, Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
Qeyd edək ki, Qəbələ dəmir yolu vağzalının ümumi sahəsi 2300 kvadrat metr olmaqla VİP zalı, gözləmə zalı, 2 sərnişin platforması, 200 yerlik parklama sahəsi, kassa otağı, tibb məntəqəsi, qatar heyəti üçün istirahət otağı, kafe, ana və uşaq otağını özündə birləşdirir. 309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.