10:10
Ağdam rayonunun Əfətli kəndində 6 nəfər qidadan zəhərlənib.
Axar.az Report-a istinadən xəbər verir ki, həmin şəxslərin tortdan zəhərləndikləri ehtimal olunur.
***
Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
***
Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslərin kimliyi məlum olub.
Həmin şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Gülbuta Şiralı qızı Əsədova
- 2001-ci il təvəllüdlü Elçin Ayaz oğlu Əsədov
- 2003-cü il təvəllüdlü Elvin Ayaz oğlu Əsədov
- 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı
- 2006-cı il təvəllüdlü Türkan Əsədova
- 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva