Yuxarı

Qaribaşvili azərbaycanlı ağsaqqallarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaribaşvili azərbaycanlı ağsaqqallarla görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneulidə azərbaycanlı ağsaqqallarla görüşüb.

Axar.az xəbər verir ki, Marneulidəki Çay Evində keçirilən görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və Azərbaycan xalqları arasında tarixən mövcud olan xüsusi dostluq münasibətlərindən danışıb.

Baş nazir Gürcüstanın demokratik, iqtisadi inkişafında azərbaycanlıların rolunu xüsusi qeyd edib.

Tədbirdə barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla əlaqələr departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.

Tarix
2023.03.21 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla