Yuxarı

Güneylilər bu gün böyük aksiyaya çıxır – Proqram açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güneylilər bu gün böyük aksiyaya çıxır – Proqram açıqlandı

Brüsseldə Lüksemburq meydanında bir-iki saat öncədən yığışaraq, saat 14:00-dan yürüşə başlayacaq, bayrağımızın altında “Azadlıq, Ədalət, Milli Hökumət” şüarlarımızı səsləndirəcəyik.

Bu sözləri Axar.az-a “Azadlıq və Ədalət” yürüşünün logistika komitəsinin rəhbəri Mahmud Bilgin deyib.

O, bu gün – 25 martda Belçikada baş tutacaq yürüşün proqramını açıqlayıb:

“Aksiyada əsas şüarımızla yanaşı, “Qadın, kişi əl-ələ, zülmün başın əzməyə”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan oyaqdır, varlığına dayaqdır”, “Azərbaycan öz yolunu tapıbdır, səltənəti-vilayəti atıbdır” kimi şüarlar ilə hərəkət edəcəyik. Fars rejiminin təxribatını önləmək üçün müəyyən təhlükəsizlik işləri görülüb. Şuman meydanında bir çadırımız olacaq. Səhnədə sözçülər, yürüş komitəsinin başçıları və qonaqlar çıxış edəcək. Rus zülmünə məruz qalan ukraynalılardan da dəvət olunan insanlar var. Onları da dinləməyə imkan yaradılıb. Ərəb, türkmən, qaşqay, bəluclara da bu imkan tanınıb. Sonra Güllü Muradova milli bütövlük himnimizi səsləndirəcək, “Azərbaycan sənsən mənim” mahnısı ifa olunacaq. Bu, Güney Azərbaycanda önəmli məsələdir və bu mahnı oxunananda hamımız ayağa qalxarıq. Odur ki, bu mahnını proqramımızın bir parçası etmişik”.

Komitə rəhbərinin sözlərinə görə, tədbirin sonunda qətnamə qəbul olunacaq:

“Qətnamədə İran-fars molla rejiminin Azərbaycan türkləri və qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasəti yürütməsi ilə əlaqədar olaraq, bütün etniklərin İranda bərabər haqqa sahib olması tələb ediləcək. Qadınlara qarşı zülmə, qızlarımızın zəhərlənməsinə görə fars molla rejiminin boykot olunmasını dünya ictimaiyyətindən istəyəcəyik. SEPAH-ın terror qüvvəsi kimi tanınmasını da tələb edəcəyik. İran-fars rejiminin Azərbaycan Respublikasına qarşı bu qədər hədə-qorxu gəlməsi və silahlı hərbi əməliyyat keçirmək təxribatlarına qarşı Azərbaycanımızın yanında olduğumuzu elan edəcəyik. Prezidentimizə Güney Azərbaycanın haqlarını müdafiə etdiyinə görə təşəkkürümüzü bildirəcəyik. Yekunda qətnaməmizdə İranda yaşayan qeyri-fars millətlərin və 40 milyon Güney Azərbaycan türkünün haqqının əzilməsi yer alacaq”.

Tarix
2023.03.25 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Mirzoyandan azərbaycanlı jurnalistə: Çeynənmiş sual...

“Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan

Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...

Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı

Beynəlxalq tədbir: Narkotik dövriyyəsi ilə mübarizə...

Prezident bu qurumların rəhbər şəxslərini qəbul etdi - Foto

Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq

Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov

Şoyqu Usubovla bu gün görüş keçirəcək

Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla