Yuxarı

İlham Əliyev xeyriyyə matçını izlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev xeyriyyə matçını izlədi - Foto

20:09

Martın 26-da Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” və İstanbulun “Qalatasaray” komandaları arasında xeyriyyə oyunu keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda oyuna baxıblar.

"Qalatasaray" futbol klubunun prezidenti Dursun Özbək Prezident İlham Əliyevə komandanın oyunçularının imzası olan formanı və digər xatirə hədiyyələrini tədqim edib.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda “Qalatasaray” komandası erkən qolla hesabı açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib. "Qalatasaray" matçın 87-ci dəqiqəsində Mauro İkardinin 11 metrlik cərimə zərbəsindən vurduğu qol sayəsində yenidən hesabda irəli çıxıb. Bu, oyunda sonuncu qol olub. Beləliklə, "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçı İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2

Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub. Görüşdən əldə olunacaq bütün gəlirlər zəlzələdən əziyyət çəkənlərə yardım üçün Türkiyəyə göndəriləcək. Oyun üçün satışa çıxarılmış 62 mindən çox biletin hamısının qısa müddətdə satılması bu qarşılaşmaya göstərilən böyük maraqla yanaşı, Azərbaycan xalqının çətin gündə qardaş Türkiyə ilə sarsılmaz həmrəylik nümayiş etdirməsinin də əyani təsdiqidir.

Tarix
2023.03.26 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikada baş vermiş son hadisələr... - Bayramov

Xocalı faciəsi ötən əsrin soyqırım cinayəti kimi qiymətləndirilir

Təyyarənin vurulması Rusiya MN-in səhvi ucbatından baş verib

İlham Əliyev mayda İrəvana gedir? - Bayramov açıqladı

Ermənistanın WUF13-ə dəvət olunması barədə məlumatım yoxdur

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan və Ukrayna rəsmiləri arasında mühüm görüş...

XİN-dən Xocalı ilə bağlı bəyanat

Bu, bütün bəşəriyyətə qarşı cinayətdir - Mehriban Əliyeva

Xocalı soyqırımından 34 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla