Yuxarı

Komitədən xəstəxanaya yerləşdirilən uşaqla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədən xəstəxanaya yerləşdirilən uşaqla bağlı - Açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

Axar.az açıqlamanın mətnini təqdim edir:

"Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqlar aparılıb. Bununla yanaşı, M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.

Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar hər iki qohumunun onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısamüddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.

Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb.

Qeyd edək ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir".

Xatırladaq ki, 16 yaşlı Məhəmməd Hacıyevin sosial şəbəkələrdə uşaq evində baş verən qanunsuzluqları, onlara ayrılan ərzaqların keyfiyyətsizliyi və oğurlanmasını dilə gətirdiyi üçün Maştağadakı 1 nömrəli Psixiatriya Xəstəxanasına yerləşdirildiyi haqda məlumat yayılmışdı.

Tarix
2023.04.02 / 14:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

Bakı aeroportunda yeni terminal inşa ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla