"Qarabağ" çox güclü komandadır - Yanev
23:48
| Ana səhifə Planet |
|
Yaxın Şərq getdikcə daha da gərginləşən münaqişəyə cəlb olunur və regiondakı vəziyyət nəzarətdən çıxır.
Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib.
“Vəziyyət nəzarətdən çıxır, ağlasığmaz vəziyyətin astanasındayıq. Region genişlənən qarşıdurma həlqəsinə sürüklənir. Bir böhran digərini qidalandırır. Bir eskalasiya digərini təhrik edir", - deyə o bildirib.
BMT rəhbəri əlavə edib ki, geri addım atmağın vaxtıdır və qeyd edib ki, bu münaqişənin hərbi həlli yoxdur.
|
Tarix
2026.07.23 / 23:17
|
Müəllif
Axar.az
|