Yuxarı

Cəbrayılda mina partladı: xəsarət alan var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda mina partladı: xəsarət alan var

Cəbrayıl rayonunun Həsənli kəndi ərazisində 2026-cı il 23 iyul tarixində mina partlayışı hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri bu barədə məlumat yayıb.

Bildirilir ki, 1979-cu il təvəllüdlü Cəbrayıl rayonu Qumlaq kənd sakini Şəmilov Elşən Bəhlul oğlu minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Tarix
2026.07.23 / 20:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla