Yuxarı

Orduda ağacəkmə aksiyaları davam etdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Azərbaycan Ordusunda keçirilən tədbirlər planına əsasən fəaliyyətlər davam etdirilir.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq hərbi hissələrdə növbəti ağacəkmə aksiyaları keçirilib.

Müdafiə Nazirliyinin nümayəndələrinin, rayon icra hakimiyyəti və YAP-ın rayon təşkilatının əməkdaşlarının, könüllülər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi aksiyalarda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri qoyulub.

Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltmək məqsədilə keçirilən aksiyalarda müxtəlif növ ağaclar əkilib.

Tarix
2023.04.09 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentn adından yayılan saxta məlumat... – Məmmədov

Ermənistan gec-tez bu addımı atacaq - Qusman

Mənim adımdan istifadə edərək, pul qazanmaq üçün...

Elton Məmmədov, görün, hansı YAP-çı ilə mübarizə aparacaq…

Vəzifəyə görə mandatını vermişdi, indi yenidən namizəd olur

Prezident onların işini yüksək qiymətləndirir - Hacıyev

İrəvan ədalətli sülh bağlamaq istəmir - Korotçenko

Azərbaycan Ermənistandan bunu gözləyir - Hacıyev

Bu, yalan məlumatın yayılmasına səbəb olur - Hacıyev

Fransanın etdikləri iyrəncdir, buna son qoyulmalıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla