Yuxarı

FHN yanğın təlimlərinə başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN yanğın təlimlərinə başladı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt Dövlət Dram Teatrının binasında “İnzibati binalarda baş vermiş yanğın hadisəsinin söndürülməsinin və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

FHN-dən Axar.az-a verilən xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən inzibati binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasediciləri obyektin qüvvələri ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.

Təlim başa çatdıqdan sonra bölmələrin “yanğının söndürülməsi” və “insanların təxliyəsi” zamanı fəaliyyətləri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Təlimə ümumilikdə 9 ədəd texnika və 60 nəfərdən çox şəxsi heyət üzvü cəlb olunub.

Tarix
2023.04.16 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla