Yuxarı

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 13 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

Qız deyib ki, 3-cü sinfə qədər dərsə gedib, sonra valideynləri oxumağına icazə verməyib:

"Nişanlanmaq istəmirəm, oxumaq istəyirəm. Onlar istədilər, məndən icazə almadılar. Heç oğlanla danışmıram".

Qızın anası isə "Həyat yoldaşımın psixoloji problemi var və həbsxanadadır. Hər zaman deyir ki, həbsdən çıxan kimi onu öldürəcəyəm. Anam da xəstədir, uşağa kim baxacaq? Bilirəm ki, cinayət işi daşıyıram", - sözlərini söyləyib.

Qadın deyib ki, nişan indi olsa da, toy üçün övladının yaşının tamam olmasını gözləyəcəklər.

Oğlanın anası isə "Nişanlanmaq evlənmək deməkdir? Gözləyəcəyik ki, yaşı tamam olsun, sonra toy edək. Yiyəsi, anası və nənəsi verdi, mən də aldım. Dedilər ki, sahibsiz qızdır, başqası aparıb başına bir iş açar. Başqası nəsə edincə, ad olsun sizinki. Anası baldızımdır. Oğlumun bir arvadı olub, beşi olmayıb ki... Arvadı oturmadı, qaçıb getdi", - sözlərini əlavə edib.

Tarix
2023.05.16 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Daşaltıdan bu fotonu paylaşdı

İlham Əliyevdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Hind şirkətləri Azərbaycana tur paketlərin satışını dayandırır

Moskvada paradda bu ölkələrin hərbçiləri iştirak etdi - Siyahı

İlk dəfə: Heydər Əliyev haqda məşhur film farsca – Video

Əliyev Moskvaya getmədi - Saakaşvili nələr yazdı?..

Rus və alman siyasətçilər Bakıda gizli görüş keçirdi

İlham Əliyev Xocalıda... - Foto

Putin azərbaycanlı polkovniklə salamlaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla