Yuxarı

Tovuzda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda 75 yaşlı kişi minaya düşdü - Təfərrüat

09:22

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

***

Tovuz rayonunda yerli sakinin minaya düşərək yaralandığı hadisənin təfərrüatı məlum olub.

Report-un məlumatına görə, 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mal-qaranı otaran zaman qadağan olunmuş əraziyə keçib və nəticədə mina partlayışı baş verib.

Əvvəllər həmin şəxsə ərazinin minalı sahə olması, həyatı üçün təhlükəli olduğu barədə dəfələrlə xəbərdarlıq olub.

Faktla bağlı araşdırma davam etdirilir.

Tarix
2023.05.27 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla