Yuxarı

Bu layihə gənc qadınları startap yaratmağa həvəsləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzunmüddətli layihənin finalında iştirakçılar öz startaplarını münsiflər heyətinə təqdim etdilər

Azercell Telekom MMC-nin “FemTech” platforması ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilən "Her Improvement" layihəsinin bağlanış mərasimi baş tutdu. Tədbir zamanı proqram iştirakçıları layihə müddətində aldıqları bilik və bacarıqlar sayəsində ərsəyə gətirdikləri biznes modellərini nümayiş etdirdilər. 5 komanda öz texnoloji startapını 5 müxtəlif mövzu ətrafında qurmuşdu:

* “She leads” komandası - qadın sağlamlığına və hamiləliyə nəzarət etmək və düzgün məlumat almaq üçün nəzərdə tutulan sağlamlıq tətbiqi;

* “Profcat” komandası - təhsil yönümlü və gənclərə fərdi hazırlıq imkanı təklif edən sosial şəbəkə;

* “Parkedin” komandası - Bakı şəhəri üzrə avtopark və tıxac məsələlərinin həllinə kömək edən mobil tətbiq;

* “Forcedefem” komandası - insanların suallara asanlıqla cavab tapa biləcəyi, kommunikasiya yönümlü “Sual-Cavab” platforması;

* “My Tailor” komandası - onlayn dərzi platforması.

Startapların qarşısına qoyulan əsas şərt ideyaların texnoloji həllər vasitəsilə həyatın seçilmiş sahələrinə inteqrasiya etməsi idi və komandalar bu tapşırığın öhdəsindən uğurla gələrək, artıq implementasiyaya hazır startaplar təqdim etdilər.

İdeyaları dəyərləndirən münsiflər heyəti hər komandaya öz tövsiyələrini verib, bu yolda gənc qadınlara müvəffəqiyyət arzuladı. Münsif qismində Azercell Telekom MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya, İnnovasiyaların tətbiqi üzrə müstəqil ekspert Leyla Hacıyeva, Azərbaycan Dövlət İqtisad Universiteti İnkubasiya mərkəzinin rəhbəri Mübariz Şahbazlı və Azərbaycan Dövlət İnnovasiyalar agentliyinin layihə meneceri Camal Ağayev iştirak etdilər.

Qeyd edək ki, Azercell-in dəstəyilə yarım ildən çox davam edən proqram qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmişdi. Yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan qadınlardan ibarət 25 iştirakçı 7 ay müddətində biznes, startap, innovasiya sahələrində peşəkar təlimçilər, mentorlar tərəfindən dəstək alıb. Proqram çərçivəsində biznes və innovasiya sahələrindəki trend mövzular, “Blockchain” texnologiyaları və NFT, təqdimat bacarıqları və “pitch-deck” hazırlanması, eyni zamanda MVP, məhsul-bazar uyğunluğu və məhsulun inkişaf etdirilməsi üzrə təlimlər keçirilib.

Layihənin sonunda bütün iştirakçılara sertifikat, qalib seçilən “She leads” komandasına isə pul mükafatı da təqdim olundu.

Tarix
2023.06.01 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla