Azərbaycana tütün və tütün məmulatlarının idxalı və
ticarəti ilə bağlı yeni qadağaedici şərtlər
müəyyənləşdirilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı
"Tütün və tütün məmulatı haqqında" qanuna əlavələr təklif edilir.
Qanunun 14.3-cü (Hüquqi və fiziki şəxslər tərəfindən tütünün və
tütün məmulatının idxalına aşağıdakı hallarda yol verilmir) və
15.3-cü (Tütünün və tütün məmulatının satışı aşağıdakı hallarda
qadağan olunur) maddələrinə görə, tütün və tütün məmulatlarının
idxalı və satışını şərtləndirən qadağalar sırasına daha bir bənd
(tütün və ya tütün məmulatları genetik modifikasiya olunmuş
bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi
metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından
istifadə edilməklə istehsal olunduqda) əlavə olunur.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın
18-də müzakirəyə çıxarılacaq.