Yuxarı

Naxçıvan sərhədində təhlükəli zavod inşa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə 70 milyon dollarlıq ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etməyə hazırlaşır.

Axar.az Report-a istinadən xəbər verir ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin haqlı narazılığına səbəb olub.

Məsələ burasındadır ki, zavodun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.

Sakinlər bildirir ki, zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarındadır. Zavoddan çıxan tullantılar çaya axıdılacaq.

Sədərək rayon sakinləri deyirlər ki, bu, Ermənistanın növbəti ekoloji cinayətidir. Çünki Araz çayının bir qolu olan “Şir Arxı” da dəfələrlə ermənilər tərəfindən çirkləndirilib, canlılar məhv olub. Ermənistan zavod tikmək istəyirsə, sərhəddən kənarda, bunu ölkənin mərkəzində etməlidir.

Zavodun inşası Sədərəkdə mal-qaranın və əkinlərin məhvinə, insanların ciddi xəstəliklərlə üzləşməsinə gətirib çıxara bilər. Çünki təsərrüfatlarda Ermənistandan gələn “Şir Arxı”nın suyundan istifadə edilir.

Ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olsa, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

Xatırladaq ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Araz çayı Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir.

Tarix
2023.06.06 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla