Yuxarı

“Fövqəladə hallar uşaqların gözü ilə” - Müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaranmasının 10 illiyinə həsr olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinin qalibləri mükafatlandırılıb.

APA-nın məlumatına görə, tədbirdən öncə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, təhsil nazirinin müavini Ceyhun Bayramov və BMT-nin Uşaq Fondunun (UNICEF-in) Azərbaycandakı nümayəndəsi Andro Şilakadze uşaqların əsərlərindən ibarət sərgiyə baxıblar.

"Fövqəladə hallar uşaqların gözü ilə" V Respublika və Birinci Beynəlxalq yaradıcılıq müsabiqələri 28 sentyabrdan başlayıb. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, fövqəladə hal probleminə ictimaiyyətin diqqətini yönəltmək olub. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 503 rəsm, 305 plakat, 197 əl işi, 191 yanğın və qəza-xilasetmə modeli və 167 yumşaq oyuncaq təqdim olunub.

Bundan əlavə, Birinci Beynəlxalq Uşaq Yaradıcılıq Müsabiqəsi üzrə Rusiya, Türkiyə, Belarus, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Koreya, Macarıstan və Moldovadan ümumilikdə 37 rəsm və 5 plakat təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub.

Müsabiqənin əhəmiyyətindən danışan fövqəladə hallar nazirinin müavini F. Tağızadə belə tədbirlərin uşaqların istedadların üzrə çıxarılması və vətənpərvər ruhda tərbiyəsi istiqamətində əhəmiyyətli olduğunu söyləyib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi A. Şilakadze FHN-in təşkil etdiyi belə sərgi və müsabiqələrin UNİSEF tərəfindən yüksək qiymətləndirildiyini və UNİCEF-in saytında bu sərgilərdən çəkilən fotoşəkillərdən ibarət fotoalbom yerləşdiriləcəyini nəzərə çatdırıb.

Tədbirdə qaliblərə mükafatlar təqdim olunub.

Tarix
2015.12.14 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla