Yuxarı

Nazir bu vəzifədən istefa verdi, İnam Kərimov seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Axar.az Şuraya istinadən xəbər verir ki, iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurasının sədri ədliyyə naziri Fikrət Məmmədov idi.

Tarix
2023.06.24 / 22:12
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan razılıq vermir, Kremlin əsəbləri ilə oynayır

Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı

İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan

Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?

Ukraynada 7 trilyonluq sərvət var, müharibə ona görədir

Paşinyan “O olmasın, bu olsun”u dinlədi - Video

Rusiya XİN-dən “3+3” platforması ilə bağlı açıqlama

Əli Əsədov yeni qərar imzaladı

Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü

ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla