Yuxarı

Baş prokuror baş əyib, ondan üzr istədi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş prokuror baş əyib, ondan üzr istədi - Foto

Yaponiyada prokuror 56 il əvvəl edam cəzasına məhkum edilmiş günahsız 88 yaşlı kişidən şəxsən üzr istəyib.

Axar.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.

1968-ci ildə keçmiş peşəkar boksçu İvao Hakamata müdirini, həyat yoldaşını və iki uşağını öldürməkdə təqsirli bilinib. Adam daha sonra cinayətini etiraf edib və ölüm cəzasına məhkum edilib.

O, 46 ilini həbsxanada keçirib, hər gün edamını gözləyib və bunun üçün 2011-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. 2014-cü ildə Hakamata sərbəst buraxılıb. Şizuoka şəhərinin məhkəməsi sübut edib ki, onun DNT-si hadisə yerindən toplanmış cinayətkarın nümunələri ilə uyğun gəlmir.

Lakin sonradan Tokio məhkəməsi bu qərarı ləğv edib. O vaxtdan Xakamada psixi və fiziki vəziyyəti pisləşdiyi üçün bacısının himayəsində yaşayır. Bütün bu illər ərzində o, qardaşına bəraət hökmü istəyib.

Yalnız 2023-cü ildə iş Yaponiyanın Ali Məhkəməsinə qaldırılıb. Bir il sonra Hakamatanın günahını sübut edən dəlillərin uydurma olduğuna və polisin təzyiqi ilə onun günahı boynuna aldığına qərar verilib.

Noyabrın 27-də isə Yaponiyanın Baş prokuroru Hideo Yamada şəxsən 88 yaşlı Hakamatadan üzr istəyib:

“Uzun müddətdir qeyri-müəyyən hüquqi statusda olduğunuz üçün dərin təəssüf hissi keçirirəm. Bəraət hökmünü qəbul edərək, cənab Hakamatanı günahkar hesab etmirəm”.

Tarix
2024.11.29 / 23:00
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla