Yuxarı

Gələn il mənzillərin qiyməti necə olacaq? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn il mənzillərin qiyməti necə olacaq? - Ekspert

Daşınmaz əmlak bazarında qiymətlərin azalması, mənzillərin ucuzlaşması prosesi sürətlə gedir. Bu prosesin 2016-cı ilin ilk rübündə də davam edəcəyi şübhəsizdir.

Bu sözləri Axar.az-a Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı 2016-cı ildə daşınmaz əmlakın qiymətindən danışarkən deyib.

O, bu prosesin qarşısını alacaq hər hansı bir amilin mövcud olmadığını bildirib:

"Qiymət artımına təkan verəcək hər hansı bir amil mövcud deyil. Buna görə də daşınmaz əmlak bazarında qiymət dəyişikliyini gözləmək yanlış olar.

Mənzillərin konkret nə qədər ucuzlaşacağını demək çətindir. Bizim indiki mərhələdə istəyimiz bazarda dinamikanın olmasından ibarətdir. İnsanlar əllərindəki vəsaiti daşınmaz əmlaka yönəltməlidirlər. Bunun üçün isə vergilərlə bağlı müəyyən güzəştlər elan olunmalıdır".

Qeyd edək ki, ekspertlərin fikrincə, 2015-ci il daşınmaz əmlak bazarı üçün çətin və passiv il olub. Yaranmış passivliyin növbəti il də davam edəcəyi gözlənilir.

Tarix
2015.12.30 / 09:09
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla