Yuxarı

Hakimin ölümü: Hadisədən əvvəl dostuna deyib ki…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hakimin ölümü: Hadisədən əvvəl dostuna deyib ki…

Rahib Salmanov ötən gün işdə olub, xəstaxanaya da elə işdən gedib.

Axar.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a intihar etdiyi deyilən hakim Rahib Salmanovun tələbə yoldaşı, 35 illik dostu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri Arzuxan Əlizadə deyib.

O, dostu ilə hadisədən 20 dəqiqə əvvəl danışdığını bildirib:

“Dedi ki, 4-5 gün xəstəxana şəraitində müalicə almalıdır, amma qorxulu heç nə yoxdur. Bu, intihar edən adamın danışığı deyildi. Hansısa ağır xəstəliyi də yox idi. Ürəyində bir balaca narahatlıq var idi, lakin müalicə ilə sağalacaqdı. Ola bilərdi ki, nə vaxtsa stent qoyulsun.

Düşməni də yox idi. Ehtimal edirəm ki, halı pisləşib, eyvandan yıxılıb. İstənilən halda, istintaq araşdırması gedir, görək nəticəsi necə olacaq”.

A.Əlizadə hakimin bu gün dəfn olunacağını deyib:

“Çox güman ki, Təzəpir məscidindən götürüləcək. Valideynləri və qardaşı Sulutəpə qəbiristanlığında dəfn olunublar deyə, Rahibi də orada dəfn edəcəklər”.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Vaqif oğlu Salmanovun müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq həyatına son qoyduğu deyilir.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Rahib Salmanov 1963-cü ildə anadan olub. O, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Tarix
2023.08.29 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla