Yuxarı

ADY BMT-nin Qlobal Sazişinə qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu ilin avqust ayından etibarən Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Qlobal Sazişə qoşulmaqla ADY hazırda nəqliyyat sahəsində dünyanın 500-ə yaxın nüfuzlu şirkətinin yer aldığı təşəbbüsdə Azərbaycanı təmsil edən ilk şirkət olub.

ADY-dən Axar.az-a bildirilib ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, rahat və təhlükəsiz hərəkət təminatını hədəfləyən Dəmir Yolları öz fəaliyyətini qlobal dayanıqlılıq məqsədlərinə uyğunlaşdıraraq Azərbaycanın regionun əsas nəqliyyat habına çevrilməsi istiqamətində ciddi səy göstərir.

Bu təşəbbüsə qoşulmaqla ADY ekoloji, sosial və korporativ idarəetmə (ESG) sahələri istiqamətində fəaliyyət proqramını daha da təkmilləşdirərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına töhfə verməyi planlaşdırır.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş Qlobal Saziş öz üzvlərini strategiya və fəaliyyətlərini beynəlxalq səviyyədə qəbul edilmiş insan haqları, işçilərin hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərə uyğunlaşdırmaq və “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 20 mindən artıq biznes və qeyri-biznes tərəfdaşlarını birləşdirən dünyanın ən böyük korporativ dayanıqlılıq şəbəkəsidir.

Tarix
2023.08.29 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

“İlham Əliyev bizim olsaydı…” – Arestoviç nəyi qəsd etdi?

Pezeşkian etiraf etdi ki, dövləti o idarə etmir

Xamenei bu dəfə “ukraynca” xəbərdarlıq etdi

Felmar Ələkbərli vəfat etdi

Ağ Evdəki davanın ən üzücü nəticəsi: “Şantaj” başladı

Qazaxıstandan təyyarə qəzası ilə bağlı növbəti açıqlama

Rasizadə bunu bizə qadağan etmişdi – NK-nın sektor müdiri

Zelenskinin Ağ Evdə “va-bank” gedişi: Kimə güvənir?

Azərbaycanlı döyüşçüdən Putinə müraciət - Video

Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla