Yuxarı

Villa sahibi Xətai sakinlərinin suyunu kəsdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Villa sahibi Xətai sakinlərinin suyunu kəsdi

Xətai rayonunun Əbilov qəsəbə sakinləri 3 gündür ki, susuzluqdan dözülməz şəraitdə yaşayır.

Bu haqda "Axar.az"a qəsəbə sakinləri xəbər verib. Onlar bildiriblər ki, "Radiozavod"un yaxınlığında "Sadıqcan MTK" adlanan yerdə bir nəfər peyda olub. Minlərlə sakini olan Əbilov qəsəbəsindəki fərdi evlərə və ətrafdakı yeni hündürmərtəbəli binalara gedən su borusunu kəsərək qaynaq etdirib.

Xətai rayon Su Kanalzasiya idarəsinin Yaqubova soyadılı səlahiyyətlisi faktı təsdiqləyib. Qeyd eib ki, 3 gündür adı çəkilən qəsəbəyə su vermək üçün yollar axtarılır.

Rayonun Kommunal Təsərrüfat idarəsinin adının çəkilməsini istəməyən bir əməkdaşı isə deyib ki, qeyri-qanuni yolla tikilən villanın sahibinə hətta rayon rəhbərliyi və digər səlahiyyət sahiblərinin suyu açdırmaq cəhdi baş tutmayıb. Həmin şəxs evinin altında su borusu keçməyinə heç bir halda razı olmayacağını deyib.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov hadisənin xoşagəlməz olduğunu, sakinlərin qış vaxtı susuz qalmasını pislədi və qeyd etdi ki, gün ərzində sakinlərə su veriləcək.

Tarix
2014.01.31 / 12:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla