Yuxarı

Daha bir neftçinin meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir neftçinin meyiti tapıldı

Bir qədər əvvəl Xəzərin Türkmənistan sularında daha bir neftçinin meyiti tapılıb.

Baku.ws-ın Türkmənistandan əldə etdiyi məlumata görə, tapılan cəsədin əlamətləri bunlardır: 40 yaş, başı keçəl və bığlı. Neftçinin SOCAR-ın geyimində olduğu bildirilir. Onun üzərindən sənədlər çıxıb. Meyit hazırda Türkmənistanın Kiyanlı qəsəbəsinə aparılır.

Qeyd edək ki, bir qədər əvvəl daha bir neftçinin meyiti Türkmənistan sularında tapılmışdı. Meyiti tapılan neftçinin Qasımov İman Şura oğlu olduğu məlum olmuşdu.

Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

Axtarışları davam etdirilən şəxslər aşağıdakılardır:

1. Qasımov Mübariz Dilqəm o. 21.01.1958
2. Rzaxanov Edik Rivazin o. 15.01.1983
3. Babazadə Tural Fətəli o. 01.09.1993
4. Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
5. Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
6. Qasımov Bayram Mirzəağa o. 20.03.1978
7. Abdullayev Adil Ələkbər o. 19,02,1953
8. Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
9. Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
10. Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
11. Niyazov Seyfəddin Abil o. 09.02.1968
12. İskəndərov İnqilab Osman o. 29.11.1957
13. Mayborda Oleq Akimoviç 21.11.1971
14. Əhmədov Canbaxış Əhməd o. 21.02.1962
15. İbrahimov Xalid Bəşir o. 12.08.1971
16. Həsənov Zaur Vahid o. 24.12.1975
17. Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
18. Hüseynov Bəhlul Sirac o. 25.11.1969
19. Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
20. Xəlilov Zaur Arif o. 15.09.1975
21. Şahmarov Sahib Güloğlan o. 02.08.1973
22. Əliyev Əyyub Xəlil o. 22.07.1973

Tarix
2016.01.03 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla