Yuxarı

Qatil həkimlərə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qatil həkimlərə cinayət işi açıldı

Bakıda doğuş zamanı ana və uşağın ölməsi faktına görə cinayət işi başlanıb.

Nərimanov rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, yanvarın 1-də Bakı Sağlamlıq Mərkəzində 1984-cü il təvəllüdlü Günay Ağayevanın doğuş zamanı qəflətən səhhətinin pisləşməsi nəticəsində bətnindəki uşaq dünyasını dəyişib. Ananın üzərində qeysəriyə əməliyyatı həyata keçirilib və əməliyyatdan sonra göstərilmiş müvafiq tibbi tədbirlərə baxmayaraq ana da dünyasını dəyişib.

Həmin faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, yanvarın 2-də saat 23 radələrində Göygöl şəhər Mərkəzi Xəstəxanasının 16 dekabr 2015-ci il tarixli göndərişinə əsasən "35-36 həftəlik hamiləlik, ölü döl, ciftin hissəvi ayrılması, hipoqlemekiya, anemiya, loporotomiya, aşağı seqmentdə qeysəriyyə əməliyyatı, birinci cərrahi doğuş, endogen intaksikasiya, qaraciyər hepotozu" diaqnozu ilə paytaxtın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilməklə orada müalicədə alan, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ülviyyə Abbasovanın ölməsi faktına görə də Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2016.01.07 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla