Yuxarı

Həlak olan AAYDA əməkdaşlarına şəhid statusu veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həlak olan AAYDA əməkdaşlarına şəhid statusu veriləcək?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Elektrikquraşdırma Müəssisəsinin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhid statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq.

Axar.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Qeyd edək ki, sentyabrın 19-u Daxili İşlər Nazirliyinin əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Bundan başqa, Laçın rayonunun Mollalar kəndində “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşları - Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Tarix
2023.09.19 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla