"Furkanoğlu Dəmiryumruk Standı" və Muay Tay Federasiyasının prezidenti Araz Musayev "Texnofest"də TEXNOFEST İdarə Heyətinin sədri Səlcuq Bayraqdarla görüşüb.
Axar.az xəbər verir ki, Səlcuq Bayraqdar Furkanoğlu firmasının Teknofestdə gördüyü işləri izlədiyini bildirib.
Araz Musayev deyib ki, bu il Türkiyənin 3 ən böyük şəhərində keçirilən və sonuncusu isə 27 sentyabr-1 oktyabr tarixləri arasında İzmir Çiğli Hava Limanında təşkil edilən 5 günlük "Texnofest" festivalında "Furkanoğlu Dəmiryumruk Stand" həmişəki kimi yerini tutub.
Araz Musayev “Baykar” şirkətinə Azərbaycanda II Qarabağ müharibəsində “Bayraqdar TB2” pilotsuz silahlı uçuş aparatı ilə verdiyi dəstəyə görə təşəkkür edib və iki dövlət, bir millət devizi ilə “Texnofest”ə dəstək olmağı borc saydığını bildirib.
Qeyd edək ki, bu il dəstəklənən layihələrdən ən diqqətçəkəni yüksək hündürlüklərə çata bilən və müəyyən edilmiş koordinatlarda bomba ataraq hədəfi və ya terrorçunu məhv edə bilən "Atlas C1" pilotsuz silahlı hava vasitəsidir. "Atlas C1" avtonom şəkildə havaya qalxır, hədəfi məhv edir və yenidən avtonom şəkildə enir.
"Atlas C1" pilotsuz uçuş aparatı layihəsinin təqdimatı "Texnofest" İdarə Heyətinin sədri Səlcuq Bayraqdar, "Baykar"ın baş direktoru Haluk Bayraqdar, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Müdafiə Sənayesinın rəhbəri, TÜBİTAK prezidenti və STM baş direktoruna edilib.
Stenddə 4 pilotsuz uçuş aparatı layihəsi sərgilənib.